Bakının küçələrinin birində səki yararsız hala salınıb - FOTO

11:23 - 7 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Bakının Nizami rayonu, Naxçıvanski küçəsinin Qara Qarayev prospekti ilə kəsişməsindəki səki daşları sökülüb.

Bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat yayıb.
A.Nəcəfli xatırladıb ki, həmin ərazi bir neçə ay öncə təmir edilib: "Bura isə 3-4 ay bundan öncə təmir edilib. Elə bil, "düşmən malı"dır. Bunu edən insanlar bir şeyi anlamırlar ki, buranın təmiri üçün dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayrılır. Dövlət büdcəsinin də bir hissəsi vergilər hesabına formalaşır, vətədaşların ödədiyi vergi hesabına. Dövlət əmlakına maddi ziyan vurmaqla həmin insanlar dolayısı ilə özlərinə də ziyan vurmuş olurlar".


Xəbər xətti