600 mikromaliyyə təşkilatı bağlana bilər - Rusiyada

11:18 - 7 Sentyabr 2016 - İQTİSADİYYAT

Rusiya Mərkəzi Bankı (RMB) bu ilin sonuna qədər 600 mikromaliyyə təşkilatını bazardan kənarlaşdırmaq niyyətindədir. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onların davamlı şəkildə öz fəaliyyəti barədə RMB-yə hesabat verməməsidir.

Xatırladaq ki, hazırda Rusiyada 3 285 mikromaliyyə təşkilatı fəaliyyət göstərir. Rusiya qanunvericiliyinə görə, onlar kiçik sahibkarlara (fərdi iş adamlarına), eləcə də vətəndaşlara 1 mln. rubldan (15,6 min ABŞ dolları) çox olmamaq şərti ilə borc verə bilərlər.

Xəbər xətti