Türmədə yanğın - 23 dustaq ölüb, 9-u yaralanıb

10:49 - 6 Sentyabr 2016 - HADİSƏ

Efiopiyanın paytaxtı Əddis-Əbaba şəhərində yerləşən Klinto həbsxanasında yanğın zamanı ən azı 23 dustaq ölüb, 9 nəfər yaralanıb.

Bu barədə yerli hökumətə istinadən "Frans Press" məlumat yayıb.
Bununla belə, dustaqların 21 nəfəri tüstüdən boğulma və ya basırıq nəticəsində həyatını itirib. Daha iki nəfər qaçmaq istərkən güllələnib.
Bütün dustaqlar digər binaya köçürülüb.
Yanğının səbəbləri açıqlanmır.

Xəbər xətti