Mağazadan 629 manat oğurlayan tutuldu

15:03 - 5 Sentyabr 2016 - HADİSƏ

Bakıda mağazadan 629 manat pul oğurlamaqda şübhəli bilinən Bilal Səfərov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də Bakı şəhər sakini İlham Papaxova məxsus mağazadan 629 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Bilal Səfərov tutulub.

Xəbər xətti