Ərdoğandan Terimə Arda Turan MƏSLƏHƏTİ

11:48 - 2 Sentyabr 2016 - İDMAN

Türkiyə prezidenti Rəcəb Tayyib ərdoğan futbol üzrə milli komandanın baş məşqçisi Fatih Terimdən Arda Turanı yenidən milli komandaya çağırmasını istəyib.

 “Fanatik” xəbərinə görə, prezident Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörən və baş məşqçi Fatih Terimi sarayında qəbul edib. Ərdoğan görüşdə “Barselona”nın ulduzu Arda Turanın yenidən milli komandaya dəvət edilməsi məsələsini qaldırıb.
Prezident deyib ki, Ardanın milliyə çağırılması idman aləmində gərginliyə səbəb olur. Bu səbəbdən də Terim bu məsələni yenidən düşünsün.
Xəbərdə bildirilir ki, Ərdoğan Ardaya da yaxınları vasitəsilə xəbər yollayıb və bu günlərdə sakit qalmağını, milliyə dəvət edilməməsini problemə çevirib məsələni daha da qəlizləşdirməməyini tövsiyə edib.

Xəbər xətti