Qəbələdə güclü sel – VİDEO

11:27 - 2 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Qəbələdə sel ciddi fəsadlara yol açıb. Ucnoqta.az region tv-yə istinadən xəbər verir ki, dağlara düşən leysan nəticəsində Qəbələ rayonunun ərazisindən keçən Dəmiraparan çayı daşıb. 

Nəticədə bəndlərdə sızma əmələ gəlib. Sel suları şəhərin mərkəzi küçələrini keçilməz edib. “VAZ 21015” markalı bir avtomobili sel suları aparıb.
FHN-in xilasediciləri avtomobili xilas edib. Fərdi təsərrüfatlara ziyan dəyib. Dağıntı və tələfat haqda hələlik məlumat yoxdur.

Xəbər xətti