"Yerli" proqramı Oğuz və Şəkidə kənd gənclərini maarifləndirib

13:49 - 1 Sentyabr 2016 - Cəmiyyət

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramının növbəti maariflənirmə tədbirləri Oğuz rayonunu və Şəki şəhərini əhatə edib. Tədbirlərdə Oğuz rayonu Bucaq və Şəki rayonunun Baş Küngüt kəndlərini əhatə etməklə 50 gənc iştirak edib. 
“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir. 

Onlarla gənci bir araya toplayan tədbir “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının təqdimatı ilə başlanılıb. Gənclər proqramın imkanları, bu imkanlardan faydalanmaq üsulları haqqında məlumatlandırıldıqdan sonra təlim sessiyasına start verilib. "Layihələrin yazılması və idarə olunması" mövzusunda keçirlən təlim zamanı gənclərə bir sıra biliklər aşılanıb. Təlimlər zamanı iştirakçılar həmçinin praktiki məşğələlərdə, komanda oyunlarında iştirak edib, əldə etdikləri məlumatlar barədə müzakirələr aparıblar.Tədbirin sonunda iştirakçıların təltifolunma mərasimi baş tutub.

Qeyd edək ki, “Yerli” Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində onlayn platforma əsasında ARGTMŞ-ın üzv təşkilatlarının əməkdaşlıq üçün müraciətləri qəbul olunur, müraciətlər proqramın işçi qrupu tərəfindən dəyərləndirildikdən sonra müraciət edən üzv təşkilat nümayəndələri ilə əməkdaşlıq müqaviləsi bağlanır. Bu müqavilə əsasında ARGTMŞ-la əməkdaşlıq çərçivəsində üzv təşkilatların cari fəaliyyətlərinin Azərbaycanın kəndlərində keçirilməsinə şərait yaradılır. Gənclər təşkilatları müraciət etmək üçün yerli.nayora.az portalına daxil ola bilərlər. 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında 2015 - ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib. Bu isə kəndlərdə insan kapitalı, savadlı gənclərin yetişdirilməsi və inkişafını zəruri edir. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan: 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı start verib. Bu günə qədər “Yerli” Proqramı çərçivəsində maarifləndirmə tədbirləri Bakı şəhəri, Ağdam, Beyləqan, İsmayıllı, Quba, Lənkəran, Sabirabad, Samux, Şəki, Astara, Saatlı və Biləsuvar rayonlarının kənd və qəsəbələrindən 400-dən çox gəncin iştirakı ilə baş tutub. 


Xəbər xətti