İki yük maşını toqquşub, 2 nəfər yaralanıb - Bərdədə

10:50 - 1 Sentyabr 2016 - HADİSƏ

Bərdə-Tərtər yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, qəza zamanı "Kamaz" və "Zil" markalı yük maşınları toqquşub.
Hadisə nəticəsində hər iki maşının sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbər xətti