Ötən il işsiz statusu alanların sayı AÇIQLANIB

17:56 - 31 Avqust 2016 - Cəmiyyət

 Azərbaycanın məşğulluq xidməti orqanlarında ötən il 28 877 nəfər işsiz statusu alıb.Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, işsiz statusu alanlardan 11 149-u qadın, 17 728 nəfəri kişi olub. Kadr axını nəticəsində işdən azad olunanların 37,5-i faizi qadınlar, 62,5 faizi kişilər olub.

Ötən il struktur dəyişikliyinə görə işini itirənlərin 44 faizi, əmək fəaliyyətində 1 ildən çox fasiləsi olduğu üçün işini itirənlərin 55,9 fazi qadınlar olub.

Xəbər xətti