Azərbaycan Rusiya paralimpiyaçılarının Oyunlara buraxılmamasına görə verilən lisenziyalardan imtina etdi

13:31 - 31 Avqust 2016 - Xəbər

Gənclər və idman naziri Azad Rəhimov Rusiya yığmasının Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına buraxılmamasını düzgün hesab etmir.Trend-in məlumatına görə, nazir qeyd edib ki, onların lisenziyalarını məlum olmayan qaydalarla digər ölkələrin idmançıları arasında bölüşdürüblər.
O əlavə edib ki, Azərbaycan da bu səbəbdən əlavə 3 lisenziya alıb: “Lakin bu lisenziyaları qazanmadıq. Lisenziya qazanmamış idmançı Olimpiadada necə iştirak edə bilər?”
A.Rəhimov bu məsələ üzrə məhkəmənin qərarı olmadığını deyib.

Xəbər xətti