Əli Həsənov: “Seçki Məcəlləsində onlayn media məsələsi əksini tapmalıdır”

13:21 - 31 Avqust 2016 - Xəbər

 “Seçki Məcəlləsində onlayn media məsələsi əksini tapmalıdır. Onlayn mediada fəaliyyət göstərənlər jurnalistdirlər, onlar bu baxımdan məsuliyyət daşıyırlar. Onların hüquqları da digər orqanlardakı jurnalistlər kimi eynidir”.“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, qanunlarda onlayn media kütləvi informasiya vasitəsi sayılır: “Onlar qanunu pozursa, dövlət orqanları həmin qanunvericilik çərçivəsində tədbir görür. Bu, Seçki Məcəlləsində də əksini tapmalıdır”.

Xəbər xətti