Bakıda faciəvi hadisə: hamilə qadın körpəsi ilə birgə öldü

12:54 - 31 Avqust 2016 - Xəbər

Bakıda hamilə qadın vəfat edib. Lent.az-ın məlumatına görə, ilkin olaraq zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına daxil olan 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızının həyatını xilas etmək mümkün olmayıb. 30 yaşlı qadınla birgə bətnindəki 36 həftəlik körpəsi də ölüb.
Faktla bağlı araşdırma aparılır, zəruri ekspertizalar təyin edilib. 

Xəbər xətti