Ştaynmayer Rusiyanın hansı halda "G8"ə qayıda biləcəyini açıqlayıb

11:46 - 31 Avqust 2016 - SİYASƏT

Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Rusiyanın hansı halda "G8"ə qayıda biləcəyini açıqlayıb. Nazir  “RedaktionsNetzwerk Deutschland” saytına müsahibəsində deyib ki, Suriya və Donbas məsələsində irəliləyiş müşahidə edildiyi halda, G7 ölkələri Rusiya ilə onun bu formata qayıtmasını müzakirə etməyə hazırdır: “Suriya və Ukraynadakı münaqişə göstərir ki, dünyanın böyük iqtisadi mərkəzlərinin məhdud danışıqlar formatından Rusiyanı çıxarmaq bizim marağımızda deyil. Əgər Ukraynanın şərqində və Suriyada barışıq üzrə danışıqlarda irəliləyiş əldə olunsa, G7 üzrə tərəfdaşlar bunu Rusiya ilə müzakirə etməyə hazırdırlar. "G8"ə qayıtmağın açarı Rusiyanın öz əlindədir”. 

Xəbər xətti