Bakı-Moskva-Bakı istiqamətindəki reyslərdə heç bir gecikmə yoxdur

11:27 - 31 Avqust 2016 - Xəbər

Rusiyanın paytaxtı Moskvada müşahidə edilən qeyri-sabit hava şəraiti (dolu yağması səbəbindən) Bakı-Moskva və Moskva-Bakı istiqamətində həyata keçirilən aviareyslərin qrafikinə təsir göstərməyib. Təyyarələrin hərəkətində də heç bir ləngimə və ya təxirəsalınma qeydə alınmayıb.  Ucnoqta.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Bu gün Moskvadan Bakıya ilk reys saat 04:11 radələrində çatıb, növbəti təyyarənin saat 14:20-də enəcəyi gözlənilir. Ümumilikdə, bu gün üçün Moskvadan Bakıya 7 aviareysin yerinə yetirilməsi nəzərdə tutulub və hələ ki, heç bir təxirəsalma yoxdur.
Qeyd edək ki, Bakı-Moskva-Bakı marşrutu ilə aviareyslər hər gün yerinə yetirilir.
Rusiyanın “TASS” agentliyinin yaydığı məlumata görə, qeyri-sabit hava şəraitinə görə, Moskvanın “Domodedovo”, “Vnukovo” və “Şeremetyevo” hava limanlarında 30 aviareys təxirə salınıb, daha 24 reysdə isə ləngimələr qeydə alınıb. 
Belə ki, “Şeremetyevo”da 4 reys ləngiyir, 19-u isə təxirə salınıb. “Domodedovo”da 20 reys ləngiyir, 11 reys təxirə salınıb, “Vnukovo” hava limanında isə 1 reys təxirə salınıb.

Xəbər xətti