13 kənddə komendant rejimi tətbiq edilib - Türkiyədə

11:19 - 31 Avqust 2016 - Xəbər

Türkiyənin Diyarbəkr əyalətinin Lice və Hani rayonlarının 13 kəndində terrorçu PKK-ya qarşı antiterror əməliyyatı keçirilir.

Ucnoqta.az Haber7-yə istinadən xəbər verir ki, əməliyyat zamanı terrorçuların həmin ərazilərdəki başçıları və silahlılar axtarılaraq zərərsizləşdirilir.
İnfromasiyaya əsasən, antiterror əməliyyatı keçirilən kəndlərdə komendant rejimi tətbiq edilib.

Xəbər xətti