İstehsal, kommersiya mallarını Azərbaycana gətirənlər “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil ediləcək

10:56 - 31 Avqust 2016 - ÖLKƏ İÇİ

Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarına dəyişikliklər edib.

Ucnoqta.az-ın məlumatına görə, qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərarda bildirilir: "Azərbaycan Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Prezidentinin 2016-cı il 21 may tarixli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”na “Sərhədkeçmə zamanı xüsusi diqqət” altsistemi- altsistem vasitəsilə gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər barədə məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir və sərhədkeçmə nəzarəti zamanı aşağıdakı məqsədlər üçün istifadə olunur:
Aparılması məcburi olan əvvəllər gətirilmiş nəqliyyat vasitələrinin və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına görə inzibati xəta haqqında iş üzrə icraata gömrük orqanları tərəfindən başlanılması üçün bu tələbləri pozan fiziki şəxsin sərhəd keçməsinə icazə verilməməsi; 
şəxsin sərhəd keçməsinə aidiyyəti dövlət orqanı tərəfindən nəzarətin təmin edilməsi;”;
1.2.4.3.2.1-ci yarımbəndə “Sərhədkeçməyə məhdudiyyət siyahısı” sözlərindən sonra “və “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı” sözləri əlavə edilib və həmin yarımbənddə “resursu” sözü “resursları” sözü ilə əvəzlənib.
1.3. aşağıdakı məzmunda 6.5.3.2-1-ci və 6.5.4.2-1-ci yarımbəndlər əlavə edilib:
“Sərhədkeçmə zamanı xüsusi diqqət”;
“Sərhədkeçmə zamanı xüsusi diqqət”;
1.4.6.6.3.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda “Sərhədkeçmə zamanı xüsusi diqqət” yarımbəndi əlavə olunub.
 Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı” informasiya resursu üzrə yarımbənd əlavə edilib.
Nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar haqqında məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusu dəyişdirilir.”.
2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin 11-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

Dövlət Gömrük Komitəsi

“Sərhədkeçməyə məhdudiyyət siyahısı”, “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”

“Azərbaycan Respublikasının vətəndaşları”, “Əcnəbilər”, “Sərhədkeçmə”

“Sərhədkeçməyə məhdudiyyət siyahısı”,

“Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”

Xəbər xətti