DTX-nin hərbi qulluqçularının geyim forması və əşya əmlakı ilə təminat normaları təsdiqlənib

10:54 - 31 Avqust 2016 - ÖLKƏ İÇİ

Nazirlər Kabineti “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 9 noyabr tarixli qərara dəyişikliklər edib.

Ucnoqta.az xəbər verir ki, baş nazir Artur Rasizadənin imzaladığı yeni qərara əsasən “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında” prezident İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 9 noyabr tarixli 176 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1. Adında, preambulasında, 1-ci, 2-ci və 4-cü hissələrində ismin müvafiq hallarında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş 1 - 17 nömrəli normalarda ismin müvafiq hallarında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə, “MTN-in” sözü “DTX-nin” sözü ilə və “milli təhlükəsizlik nazirinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin” sözləri ilə əvəz edilsin.

Xəbər xətti