Sahilboyu zolağının qrafik təsviri təsdiqlənib - Xəzərin Azərbaycana mənsub olan bölməsində

10:50 - 31 Avqust 2016 - ÖLKƏ İÇİ

Nazirlər Kabineti Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.

Ucnoqta.az xəbər verir ki, qərarı baş nazir Artur Rəsizadə imzalayıb.
Qərarda bildirilir:
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 739 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. 2016-cı il 1 aprel vəziyyətinə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri” təsdiq edilsin.
2. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının qrafik təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 23 oktyabr tarixli 137 nömrəli qərarı ləğv edilsin.

Xəbər xətti