Azay Quliyev Qazaxıstan Parlamentinə təkliflər verib

23:10 - 30 Avqust 2016 - SİYASƏT

Avqustun 30-da ATƏT Parlament Assembleyasının vitse-prezidenti cənab Azay Quliyev Qazaxıstanın Parlament Senatının sədri cənab Kassım-Jomart Tokayev və Parlamentin Məclis sədri cənab Nurlan Niqmatulinlə görüşüb. Görüşlər zamanı, cənab Quliyev Qazaxıstan Parlamentinin ATƏT PA-dakı rolunu yüksək qiymətləndirib və ATƏT  PA və Qazaxıstanın ikitərəfli əməkdaşlığı ilə bağlı, həmçinin Qazaxıstan nümayəndə heyətinin ATƏT PA və bütün Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın daha da möhkəmlənməsindəyaxından iştirakına dair bir sıra təkliflər səsləndirib.

Öz növbəsində, QazaxParlamentinin hər iki palatasının sədrləri diqqəti ATƏT PA ilə aralarında əməkdaşlığın daha da inkişafı və  dərinləşməsi üçün Qazaxıstanın güclü siyasi iradəsi olması faktına yönəldiblər. 

Qazax Parlamentinin hər iki Palatasının sədrləri bildiriblər ki, ATƏT PA-nın vitse-prezidenti tərəfindən səsləndirilən fikirlər lazımi qaydada nəzərdən keçiriləcək və müvafiq rəylərQazaxıstanın ATƏT PA-dakı nümayəndə heyəti tərəfindən təqdim ediləcək. ATƏT-in Astanadakı Proqram Ofisinin rəhbəri səfir Gyorgi Szabo da görüşlərdə iştirak edib.

 

Elmin


Xəbər xətti