Təhsil Nazirliyi sentyabrın 5-dək dərsliklərin şagirdlərə çatdırılmasını təmin edəcək

16:30 - 30 Avqust 2016 - ÖLKƏ İÇİ

 Təhsil Nazirliyi sentyabrın 5-dək bütün dərsliklərin şagirdlərə çatdırılmasını təmin edəcək. Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehli məlumat verib. Nazirlik sözçüsü bildirib ki, bu məqsədlə 261 adda 6 623 135 nüsxə yeni dərslik və müəllim üçün metodik vəsait çap olunub.Yeni nəşr olunan dərsliklər rayon (şəhər) təhsili idarəetmə orqanlarına avqustun ortalarından çatdırılıb və onların məktəblərə paylanılması təşkil edilib.

Təhsil Nazirliyinin şagirdlərə və onların valideynlərinə müraciətində qeyd olunur ki, sentyabrın 5-dək aidiyyəti məktəblərdən dərslikləri əldə etsinlər.

Xəbər xətti