Gömrükdə xeyli miqdarda siqaret aşkar edilib

14:11 - 30 Avqust 2016 - Xəbər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, Naxçıvan-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı saxlanılaraq onun əl yükünə baxış keçirilib. DGK-nin mətbuat xidmətindən verilən məlumata görə, bu zaman dörd ədəd sellofan paketdən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 10.000 ədəd “Kent Nanotek” və 4000 ədəd “Marlboro Edge” markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti