TQDK: Ali məktəblərin boş qalan yerlərinə qeydiyyat sabah bitir

12:53 - 30 Avqust 2016 - Cəmiyyət

 Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir. TQDK-dan verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 31 avqust saat 17:00-da başa çatacaq.
30 avqust saat 12:30-a olan məlumata görə ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan 553 abituriyentdən 404 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.
Qeyd edək ki, qeydiyyat 31 avqust saat 17:00-dək davam edəcək. 

Göstərilən vaxtadək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Xəbər xətti