Partlayış nəticəsində 15 yaşlı yeniyetmə yaralanıb - Hakkaridə

11:43 - 30 Avqust 2016 - DÜNYA

Bu gecə Türkiyənin Hakkari şəhərində partlayış törədilib. Ucnoqta.az “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, Hakkari-Van yolunda partlayıcı qurğu zirehli avtomobili keçdiyi zaman işə düşüb.

Partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb. 15 yaşlı yeniyetmə oğlan xəstəxanaya çatdırılıb.
Hadisədən dərhal sonra bölgədə əməliyyat başlayıb.

Xəbər xətti