Həkimlərin sayı azalıb - Azərbaycanda

11:33 - 30 Avqust 2016 - ÖLKƏ İÇİ

2015-ci ildə tibb ixtisasları üzrə dövlət ali təhsil müəssisələri tərəfindən hazırlanmış mütəxəssislərin sayında da azalma müşahidə edilir.

Azərbaycanda həkimlərin və orta tibb işçilərinin sayı azalıb.
Dövlət Statistika Komitəsindən Ucnoqta.az-a verilən məlumata görə, 2015-ci ildə Azərbaycanda 32756, 2016-cı ilin əvvəlində isə 32458 həkim olub.
Ölkədə əhalinin hər 10000 nəfərinə düşən həkimlərin sayı 2013-cü ildə 35 nəfər, 2014-cü ildə 34,7 nəfər, 2015-ci ildə 34,6 nəfər, 2016-cı ilin əvvəlində isə 33,9 nəfər olub.
Həkimlərin və orta tibb işçilərinin sayının azalması səhiyyə sistemində aparılan islahatlarla izah edilir.
Ölkədəki həkimlərin çoxu terapevtlərdir. Bu ilə olan məlumata görə, ölkədəki həkimlərin 8212-i terapevt, 3493-ü cərrah, 1884-ü ginekoloq, 3882-i pediatr, 2641-i stomatoloq və diş həkimi, 1309-u şüa diaqnostikası üzrə həkim, 900-ü oftalmoloq, 505-i otolarinqoloq, 986-sı nevropatoloq, 311-i psixiator, 91-i narkoloq və s-dir.
Azərbaycanda həkimlərlə yanaşı, orta tibb işçilərinin də sayı azalır. 2015-ci ildə Azərbaycanda 56148 orta tibb işçisi olduğu halda, 2016-cı ildə onların sayı 54900-ə enib. 2015-ci ildə əhalinin hər 10000 nəfərinə düşən orta tibb işçilərinin sayı 59,3 nəfər, 2016-cı ildə isə bu göstərici 57,3 olub.
2015-ci ildə tibb ixtisasları üzrə dövlət ali təhsil müəssisələri tərəfindən hazırlanmış mütəxəssislərin sayında da azalma müşahidə edilir. 2014-cü ildə tibb ixtisasları üzrə dövlət ali təhsil müəssisələri tərəfindən 1141, 2015-ci ildə isə 934 mütəxəssis hazırlanıb. 

Xəbər xətti