Vergilər Nazirliyi “qara siyahı”nı yenilədi - SİYAHI

11:29 - 30 Avqust 2016 - ÖLKƏ İÇİ

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin avqustun 25-ə olan yenilənmiş siyahını açıqlayıb. 

Ucnoqta.az bu barədə nazirliyə istinadən xəbər verir. 
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir”, - deyə nazirlikdən bildirilib. 

http://www.taxes.gov.az/uploads/vergiborcu/airFiziki.pdf

http://www.taxes.gov.az/uploads/vergiborcu/airHuquqi.pdf

Xəbər xətti