3 minə yaxın insan günvurmadan xəstəxanaya yerləşdirilib - Yaponiyada

10:59 - 30 Avqust 2016 - DÜNYA

Yaponiyada 22-28 avqust tarixləri ərzində 3 minə yaxın insan günvurmadan xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin, həm də Fövqəladə Hallar Xidməti rolunu yerinə yetirən Baş Yanğın İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, günvurmadan ümumilikdə 2 min 821 nəfər xəstəxanaya yerləşdirilib, 2 nəfər həyatını itirib.

Xəbər xətti