Çin səfirliyi yanında partlayış baş verib - Bişkekdə

10:56 - 30 Avqust 2016 - Xəbər

Bu gün Çinin Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən səfirliyi yanında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
***
Bu gün Çinin Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən səfirliyi yanında partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə Şəhər Daxili İşlər İdarəsinə istinadən TASS məlumat yayıb.
"Ölən və yaralananlar, həmçinin partlayışın gücü və xarakteri barədə hələ heç nə məlum deyil. Biz hazırda hadisə yerinə yollanırıq və bir müddətdən sonra vəziyyət aydınlaşacaq", - deyə idarənin mətbuat katibi Oljobay Kazabayev bildirib.

Xəbər xətti