Sabah Yasamalda su verilməsində məhdudiyyətlər olacaq

17:24 - 29 Avqust 2016 - Xəbər

 Sabah Bakı şəhərinin Yasamal rayonunda içməli su problemi olacaq.“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata əsasən, Yasamal rayonu ərazisində yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 30-da gün ərzində C.Hacıbəyli, Ü.Bünyadzadə, Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, Q.Pirimov, Mərdanov qardaşları, S.Vurğun küçələri ətrafında olan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Xəbər xətti