Dənizdə batan bir nəfər xilas edilib

17:03 - 29 Avqust 2016 - Xəbər

Dənizdə batan bir nəfər xilas edilib. FHN-nin saytında verilmiş məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 14:40-da başa çatıb.

Xəbər xətti