“Bizim Tarla” IV Beynəlxalq Mürəbbə Festivalında mükafata layiq görüldü

16:56 - 29 Avqust 2016 - Cəmiyyət

Avqustun 27-də Qəbələ şəhərində, IV Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Tədbirdə Türkiyə, Rusiya, İran, Çin - Sintszyan-Uyğur, Qana, Şimal Kipr Türk Cümhuriyyəti, Ukrayna və Özbəkistanın şirniyyat ustaları ilə yanaşı Azərbaycanın ümumilikdə 26 bölgəsinin şirniyyatçıları öz qabiliyyətlərini nümayiş etdiriblər.  “Bizim Tarla” stendi də qonaqlar trərəfindən böyük maraqla qarşılanıb. “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən müəssisələrdə istehsal olunan bu məhsullar   yerli  meyvələrdən hazırlanır və yüksək keyfiyyəti ilə fərqlənir. “Bizim Tarla” konserv məhsullarınmı almaqla  xanımlar əlavə əziyyət çəkib qış üçün tədarük görməyə bilərlər. Evdə hazırlanmış kimi olan “Bizim Tarla” məhsulları yerli istehlakçılarla bərabər, xarici bazarlarda da rəğbətlə qarşılanır.
Qeyd edək ki, hər zaman qatıldığı festivallarda yüksək qiymətləndirilən “Bizim Tarla” bu dəfə də münsiflər heyəti tərəfindən dəyərləndirilərək, mükafatla təltif edilib. 

 


Xəbər xətti