FETÖ əməliyyatı davam edir - 89 nəfər tutuldu

11:48 - 29 Avqust 2016 - DÜNYA

İstanbul Baş Prokurorluğu növbəti dəfə “Türk Telekom” şirkətində Fətullahçı Terror Təşkilatına qarşı (FETÖ) əməliyyat keçirib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, şirkətdə çalışan şübhəli 89 nəfər barəsində saxlanılma qərarı verilib. 
Tutulan 89 nəfərdən 53-ü artıq həbs olunub. 
Qeyd edək ki, şirkətdə daha öncə həyata keçirilən əməliyyatla 28 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlardan 11 nəfər həbs olunub, 17 nəfər isə sərbəst buraxılıb.

Xəbər xətti