Rus milyarder Trampın 95 milyonluq evini sökdü

11:46 - 29 Avqust 2016 - DÜNYA

Rusiyalı milyarder Dmitri Rıbalovlev ABŞ prezidentliyinə namizəd Donald Trampdan 95 milyon dollara aldığı malikanəni söküb.

Bu barədə azvision.az "The New York Times" qəzetinə istinadən xəbər verir. 
Məlumata əsasən söhbət Palm Beach dairəsində yerləşən 2,4 hektar ərazidən gedir. Ərazidə 5736 kvadratmetr ərazisi olan malikanə, hovuz, tennis kortu və digər tikililər olub. 
Rıbalovlev bu ərazini üç yerə bölərək, daha sonra satmaq niyyətində olduğu bildirilir. 
Qəzet yazır ki, Tramp bu ərazini 2004-cü ildə 41 milyon dollara alıb, 2008-ci ildə isə rus biznesmenə satıb. Bu Palm Beach-in əmlak bazarında ən bahalı sövdələşmə olub.

Xəbər xətti