10 min adam sudan zəhərləndi - BİR QƏSƏBƏ TƏHLÜKƏDƏ

11:28 - 29 Avqust 2016 - DÜNYA

Türkiyənin Kahramanmaraş şəhərinin Elbistan qəsəbəsində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Lent.az-ın “Sözcü”yə istinadən məlumatına görə, qəsəbənin 10 min əhalisi yüksək qızdırma, mədə bulanması, ishal, baş gicəllənməsi şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənməyə qəsəbənin içməli su şəbəkəsi səbəb olub. Belə ki, suyun xlorlanması üzrə məsuliyyət daşıyan şirkət laqeydlik edərək bu prosesi 4 gün gecikdirib və nəticədə suyun tərkibində “koli basili” bakteriyası yaranıb.  
Elbistan Bələdiyyəsi hadisə sonrası sakinlərə su paylamağa başlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti