Elmar Məmmədyarov Gürcüstana rəsmi səfərə gedib

11:19 - 29 Avqust 2016 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Gürcüstana rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun gürcüstanlı həmkarı Mixeil Canelidze, Parlametin sədri David Usupaşvili və baş nazir Giorgi Kvirikaşvili ilə görüşü nəzərdə tutulur.
Nazir Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Memorialını da ziyarət edəcək.

Xəbər xətti