Partlayış baş verib - Brüsseldə

10:43 - 29 Avqust 2016 - DÜNYA

Bir və ya bir neçə nəfər avtomobildə Kriminologiya İnstitutunun qapısını atəşə tutub və partlayıcı qurğunu işə salıb

Belçika paytaxtı Brüsselin şimalında yerləşən Kriminalistika İnstitutuna gecə hücum edilib.
Ucnoqta.az tass-a istinadən xəbər verir ki, bir və ya bir neçə nəfər avtomobildə Kriminalistika İnstitutunun qapısını atəşə tutub və laboratoriyanın yaxınlığında yerləşən məkanda partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində yanğın baş verib.
Binada heç kim olmadığından partlayış nəticəsində institut əməkdaşlarından heç biri xəsarət almayıb.

Xəbər xətti