Siciliya boğazında mindən çox miqrant xilas edilib

10:37 - 29 Avqust 2016 - DÜNYA

Liviya sahillərində hava ilə doldurulmuş qayıqlarda və balıqçı gəmilərində üzərək İtaliyaya üz tutmuş mindən çox miqrant bazar günü Siciliya boğazında xilas edilib.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın Sahil Mühafizə Xidməti məlumat yayıb.
Bildirilir ki, onların xilas edilməsi üçün 11 əməliyyat həyata keçirilib. Miqrantlar İtaliyanın müxtəlif limanlarına göndəriliblər.

Xəbər xətti