İran Azərbaycana yeni səfir təyin edib

18:11 - 28 Avqust 2016 - DÜNYA

İran Xarici İşlər Nazirliyi Cavad Cahangirzadəni ölkənin Azərbaycandakı yeni səfiri təyin edib. İran Prezidenti Həsən Ruhani bu gün ölkənin yeddi yeni səfirləri, o cümlədən Cavad Cahangirzadə, ilə görüş keçirib. İranın yeni səfiri Trend-ə bildirib ki, O, yaxın bir neçə həftə ərzində vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Cahangirzadə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü olub.

Xəbər xətti