Rusiya Türkiyəyə qoyulan əsas qadağalardan birini də götürdü

18:00 - 28 Avqust 2016 - DÜNYA

Rusiyanın baş naziri Dmitri Medvedev Rusiya və Türkiyə arasında çarter reyslərinə qoyulan qadağanın ləğv edilməsi barədə qərar imzalayıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə sənəd Rusiya hökumətinin saytında yerləşdirilib.

Rusiya aviaşirkətləri artıq Türkiyəyə çarter reyslərinin həyata keçirilməsi  üçün Rusiya Nəqliyyat Nazirliyinə müraciət etməyə başlayıblar. 

Xəbər xətti