Narkotik vasitəni mədəsində sərhəddən keçirən şəxs saxlanılıb

15:37 - 26 Avqust 2016 - Xəbər

 Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşını saxlayaraq üzərində şəxsi yoxlama aparıblar. DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin mədəsindən 23 ədəd bükümdə xalis çəkisi 81,876 qram olan narkotik vasitə - heroin, 3 ədəd bükümdə isə xalis çəkisi 5,019 qram olan metamfetamin adlı psixotrop maddə aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti