Türkiyədə dövlət çevrilişinə cəhd edən generalı öldürən hərbçiyə heykəl qoyulub

14:40 - 26 Avqust 2016 - DÜNYA

 Türkiyədə iyulun 15-də dövlət çevilişinə cəhd zamanı Fətullahçı Terror Təşkilatı üzvlərinin açdığı atəş nəticəsində şəhid olan giziri Ömər Halisdemirin heykəli ucaldılıb."Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, abidə Mersin əyalətinin Toroslar rayonundakı Şəhidlər parkında qoyulub.
Heykəl müxalif Milliyyətçi Hərəkat Partiyasından olan Toroslar rayon bələdiyyəsinin sədri Hamit Tunanın təlimatı əsasında hazırlanıb.
İnformasiyaya görə, 13 günə tamamlanan heykəlin postamentlə birlikdə hündürlüyü 2,8 metr, abidənin öz hündürlüyü 1,8 metr, bütövlükdə kompleksin hündürlüyü 4,6 metrdir. 
Abidənin açılışı avqustun 30-da olacaq.
Xəbərdə bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin giziri Hamit Halisdemir iyulun 15-də dövlət çevirilinşə cəhd edənlərdən birini, general-polkovnik Semih Terziyi öldürüb. Bundan sonra o, çevirilişçilər tərəfindən qətlə yetirilib. 

Xəbər xətti