86 nəfər tutulub, onların arasında keçmiş vali də var - İzmir şəhərində

13:21 - 26 Avqust 2016 - DÜNYA

Türkiyənin İzmir əyalətinin Menemen rayonunda yerləşən Gediz Universitetinin 86 müəllimi həbs edilib.

Ucnoqta.az "Haber7"yə istinadən xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində tutulublar.
Həbs olunanlar arasında professorlar və İzmir əyalətinin keçmiş valisi Cahit Kıraç da var.
Əməliyyatı İzmir əyaləti Prokurorluğunun təlimatı əsasında Maliyyə cinayətlərinə qarşı mübarizə şöbəsinin əməkdaşları keçirib.
Siyahıda 101 şübhəlinin adı olub, ancaq bəziləri xaricə qaçıb.
Məlumata görə, Gediz Universiteti FETÖ-nün başçısı Fətullah Gülənin əsas dayaqlarından sayılır. Bu təhsil ocağı Menemen rayonunun Seyrek şəhərciyində yerləşən vəqf universitetidir. 

Xəbər xətti