KİV-ə qadağan qoyuldu - Türkiyədə

12:23 - 26 Avqust 2016 - DÜNYA

Türkiyədə kütləvi informasiya vasitələrinə Şırnak vilayətində baş vermiş terror aktı ilə bağlı məlumat yaymaq müvəqqəti qadağan qoyulub.

Trend Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti tərəfindən qərar qəbul olunub.
Qeyd edək ki, bu gün Şırnak vilayətində partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər ölüb, 60 nəfər isə yaralanıb.
İlkin məlumatlara görə, partlayışın arxasında PKK terror təşkilatı dayanır. 

Xəbər xətti