Türkiyənin Azərbaycandakı səfirinə yüksək vəzifə verildi

12:09 - 26 Avqust 2016 - DÜNYA

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqunun yeni iş yeri məlum olub. Ucnoqta.az Haberturk-ə istinadən xəbər verir ki, diplomat bundan sonra Türkiyənin Xarici İşlər Nazirliyində işləyəcək.

Qeyd edək ki, 2012-ci ilin sentyabrın 24-dən Türkiyənin Azərbaycandakı səfiri olan İ.A.Coşqunun səlahiyyət müddəti başa çatıb. Türkiyə Xarici İşlər Nazirliyinin şöbə müdirinin müavini Erkan Özoral Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 

Xəbər xətti