Şaxtaçılar DİN-in yüksək vəzifəli məmurunu döyərək öldürüblər - Boliviyada

12:07 - 26 Avqust 2016 - DÜNYA

Boliviyanın daxili işlər nazirinin müavini Rodolfo İyyanes etiraz aksiyası keçirən şaxtaçıların hücumunun qurbanı olub. Şaxtaçılar onu Panduro şəhərində oğurlayıblar və ölənə qədər döyüblər. 

Ucnoqta.az xəbər verir ki, bu bəyanatı “Fedecomin” radiostansiyasının direktoru Moyses Flores edib, bu barədə “Reuters” məlumat yayıb. 
Flores İyyanesin ölümünü təsdiqləyib, o, siyasətçinin meyitini görüb. Rəsmi mənbələr məmurun ölümünü yox, oğurlanma faktını təsdiqləyiblər.
Xatırladaq ki, Boliviyada şaxtaçılar artıq iki həftədir ki, kütləvi etiraz akasiyası keçirirlər. Onların etirazı hakimiyyətin kooperativlər haqqında qanuna dəyişikliklər etməsi təşəbbüsü ilə razılaşmamalarıdır.

Xəbər xətti