Daha 6 min 800 polis işdən çıxarılacaq - Türkiyədə

12:03 - 26 Avqust 2016 - DÜNYA

Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinən daha 6 min 800 polis işdən çıxarılacaq. Ucnoqta.az “Haber7”-yə istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi işdən azad olunacaq polislərin siyahısını hazırlayıb.

Onların arasında müxtəlif rütbəli zabitlər də var.
Qeyd edək ki, iyulun 15-də FETÖ-nün dövlət çevirilişinə cəhddən sonra 2 min 360 polis işdən çıxarılmışdı. 

Xəbər xətti