20 nəfərin ölümüylə nəticələnən yol qəzası baş verib - Nepalda

12:01 - 26 Avqust 2016 - DÜNYA

Nepalda ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, bu barədə “Himalayan Times” xəbər yayıb.
Məlumata görə, ölkənin mərkəzi hissəsində sərnişin avtobusu yoldan çıxaraq çaya aşıb. Qəza zamanı avtobusda 37 sərnişin olub.
Hadisə zamanı 20 nəfər həlak olub, 17 nəfər xəsarət alıb. Polisin məlumatına görə, 2 nəfər itkin düşüb.   

Xəbər xətti