PKK terrorçularının polisə hücumu zamanı 4 nəfər yaralanıb - Türkiyədə

11:58 - 26 Avqust 2016 - DÜNYA

Türkiyədə PKK terrorçuları polisə hücum edib. Ucnoqta.az “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Van vilayətində baş verib.

Məlumata görə hücum İpəkyolu rayonunda, yerli vaxtla saat 22:20-də qeydə alınıb. Hücum zamanı 2-i polis 4 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Terrorçuların zərərsizləşdirilməsi məqsədilə xüsusi əməliyyat başlayıb.

Xəbər xətti