18-29 yaşlı qadınlar arasında abort çoxalıb

17:29 - 25 Avqust 2016 - Cəmiyyət

2015-ci ildə Azərbaycanda qadınlar tərəfindən 27 452 abort edilib. 2014-cü ildə isə bu rəqəm 27 220 olub.Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə hər 100 doğuşa düşən abortların sayı 2014-cü illə müqayisədə (16,1) 2015-ci ildə 16,7-ə yüksəlib.
Abort etdirənlər arasında 25-29 yaşlı qadınların sayı daha çox üstünlük təşkil edir.
2014-cü illə müqayisədə Azərbaycanda ötən il 15-17, eləcə də yaşı 30-dan çox olan qadınlar arasında abort olunma halları azalsa da, 18-29 yaşlı qadınlar arasında bu hal çoxalıb.
Keçən ilki abortların 50-si (2014-cü ildə 88) 15-17 yaşlı, 1 425-i (2014-cü ildə 1 073) 18-19 yaşlı, 5 983-ü (2014-cü ildə 5 738) 20-24 yaşlı, 8 573-ü (2014-cü ildə 8 365) 25-29 yaşlı, 7 362-i (2014-cü ildə 7 756) 30-34 yaşlı, 4 059-u (2014-cü ildə 4 200) 35 və yuxarı yaşda olan qadınlar tərəfindən edilib.
Ölkədə 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı da 2014-cü illə (10,1) müqayisədə artaraq 10,3-ə çatıb.trend

Xəbər xətti