AXCP üzvü 30 sutka cəza aldı: polisə müqavimət

16:56 - 25 Avqust 2016 - Xəbər

AXCP üzvü İsmayıl Rəsulov həbs edilib.Lent.az-a bu barədə Qaradağ rayon Məhkəməsindən bildiriblər.  Onun barəsində 30 sutkalıq inzibati həbs qərarı seçilib.
O, İnzibati Xətalar Məcəlləsinin 535.1- ci maddəsinə görə, (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) təqsirli bilinib. İ.Rəsulov Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə  göndərilib.
Qeyd edək ki, İ. Rəsulov eləcə də,  Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Qaradağ rayon təşkilatının sədridir. O, eyni zamanda Qarabağ Müharibəsi əlillərindəndir.

Xəbər xətti