Masallı rayonunun daha 2 kəndinə qaz verilib

16:50 - 25 Avqust 2016 - Cəmiyyət

Avqustun 25-də Masallı rayonunun Öncəqala və Hüseynhacılı kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.SOCAR-dan verilən xəbərə görə, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Bildirilib ki, ümumilikdə 737 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 61 660 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Vurğulanıb ki, hazırda rayonunun Məmmədoba, 2-ci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Xıl, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində də tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə təbii qazın verilişi təmin ediləcək. 

Xəbər xətti